Tramp Kirkin dəfn mərasiminə qatılmaq əvəzinə qolf oynadı

Bu gün, 09:34           
Tramp Kirkin dəfn mərasiminə qatılmaq əvəzinə qolf oynadı
ABŞ prezidenti Donald Tramp sui-qəsd nəticəsində öldürülən tərəfdarı, siyasi fəal Çarli Kirkin dəfn mərasimi zamanı qolf oynayıb.

Publika.az xəbər verir ki, Bbu barədə "TMZ" məlumat yayıb.

Məlumata görə, sentyabrın 14-də axşam saatlarında Tramp Vaşinqtonda idi. Kirkin dəfn mərasiminin keçirildiyi Kennedi Mərkəzinə insanlar toplaşarkən, o, axşam saat 18:30-da Ağ Evdəki iqamətgahına qayıdıb.

Nəşr yazır ki, Kennedi Mərkəzi Ağ Evdən təxminən 2,5 km aralıda yerləşir. Bununla belə, Tramp tərəfdarının xatirəsini yad etmək üçün qolf oynamaqdan imtina etməyi lazım bilməyib.

Dəfn mərasimi saat 18:00-da başlayıb. "TMZ" bildirir ki, buna görə də Konqresin 85 üzvünün və MAGA (Make America Great Again – “Amerikanı yenidən böyük edək”) hərəkatının üzvlərinin iştirak etdiyi mərasimə Trampın qatılmamaq qərarı olduqca təəccüblüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru