“ABŞ kosmik qüvvələri həm də hücum gücü olacaq” - Pentaqon elan edib

12-08-2020, 09:52           
“ABŞ kosmik qüvvələri həm də hücum gücü olacaq” - Pentaqon elan edib
Amerika Birləşmiş Ştatları (ABŞ) kosmik qüvvələri (KQ) təkcə müdafiə yox, həm də hücum fəaliyyəti göstərə bilər. Bu barədə ABŞ KQ-nin «Kosmik siçan» adlı doktrinasında söhbət açılır. Doktrina avqustun 11-də açıqlanıb.

“Əsaslandırılmış hücum əməliyyatları düşmən üzərində nisbi üstünlüyə nail olmaq məqsədinə yönəlib. Bu, düşmənin imkanlarının kosmik məkanda neytrallaşdırılması hesabına baş verir. Hücum əməliyyatları düşmənin kosmik müdafiə vasitələrinə yönəlik fəaliyyətlə məhdudlaşmır. Onlar düşmənin tam spektrli müdafiə imkanlarına yönəlik həyata keçirilə bilər, o cümlədən, yerüstü və kiberməkandakı hədəflərə yönəlik» - deyə, sənəddə izah olunur.

ABŞ KQ-nin komandanı, HHQ-nin generalı Con Reymond «Space News» portalına verdiyi müsahibədə bəyan edib ki, sənəd Pentaqonda bəyənilib və Birləşmiş Ştatlanın müttəfiqi olan dövlətlərin liderlərinə göndərilib.

“Sənəddə bütün suallara cavab yoxdur, ancaq biz fikrləşirik ki, bu, yaxşı başlanğıcdır. Bu, ekspert müzakiəsi başlada bilər. Doktrina - daimi sənəd deyil və dəyişməkdə davam edəcək”– deyə, Reymond bilirib.

AzPolitika.infoшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.