PKK Türkiyədən Öcalanın azadlığını TƏLƏB ETDİ

12-07-2025, 00:16           
PKK Türkiyədən Öcalanın azadlığını TƏLƏB ETDİ
PKK Türkiyədən Abdullah Öcalanın azad edilməsini tələb edib.

Bu barədə "Frans Press" PKK komandirinə istinadən məlumat yayıb.

Məlumata görə, bu gün PKK silahlılarının birinci qrupunun tərksilah prosesi başlayandan sonra terror təşkilatının qurucusu Öcalanın azadlığa buraxılması tələb edilib:

"Bu, bizim birinci tələbimizdir və sülh prosesinin davam etdirilməsi üçün əsas şərtdir. İstəyimiz həyata keçirilməyənə qədər, bu prosesin uğurla davam etmə ehtimalı çox azdır".

Bundan başqa, PKK ölkənin siyasi həyatında iştirak hüququ, həmçinin yaraqlıların Türkiyəyə qayıtması üçün təhlükəsizlik təminatları istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru