İsfəndiyar Vahabzadəyə Rusiya ərazisinə giriş 50 il qadağan edildi — QƏRAR

Bu gün, 00:11           
İsfəndiyar Vahabzadəyə Rusiya ərazisinə giriş 50 il qadağan edildi — QƏRAR
Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, sabiq diplomat İsfəndiyar Vahabzadəyə 50 il müddətində Rusiya ərazisinə daxil olmaq qadağan edilib.

Demokrat.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi qərar qəbul edib. Məlumatı Rusiya DİN mətbuat xidməti yayıb.

“Bu gün Azərbaycan Respublikasının vətəndaşı İsfəndiyar Vahabzadənin Rusiya ərazisinə girşinin 50 il qadağan edilməsi barədə qərar qəbul edilib. O, internetdə millətlərarası münaqişənin qızışdıran ifadələrə yol verib“-deyə açıqlamada vurğulanır.

Xatırladaq ki, İ.Vahabzadə LDPR-in sədri V.Jirinovskinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediyi təhdidlərə sərt cavab verib və onu “donuz” adlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.