Moskvada avtomobilin izdihamın üzərinə hərəkət etməsi ilə əlaqədar iki nəfər saxlanıldı VİDEO
Bu gün, 10:47
Moskvada polislər izdihamın üzərinə hərəkət edərək bir neçə nəfəri yaralanmasına səbəb olan avtomobili tapıblar. Maşında olan şəxslər saxlanılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsindən bildirilib.
Moskva Şəhər Prokurorluğunun Mətbuat Xidmətinin məlumatına əsasən, hadisə ilə əlaqədar 2001-ci il təvəllüdlü kişi və 1988-ci il təvəllüdlü qadın saxlanılıblar.
İnsidentin motivləri ilə bağlı araşdırma aparılır.
00:48
Rusiyanın paytaxtı Moskvada avtomobil insan izdihamına çırpılıb.
Oxu.Az "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, hadisə Berejkovskaya sahili yolunda baş verib.
Məlumata görə, azı altı nəfər xəsarət alıb, onlardan ikisi 8 və 10 yaşlı uşaqdır. Zərərçəkənlərdən biri xəstəxanaya yerləşdirilib.