“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir?-FOTOLAR

Bu gün, 07:34           
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir?-FOTOLAR
Məlumata görə, Məhəmməd Əhmədov “Stomatoloq.Mehemmed” adı ilə sosial şəbəkələrdə qeyri-qanuni tibbi fəaliyyət göstərdiyi iddia olunur.

Redaksiyamıza daxil məlumatda bildirilir ki, adıçəkilən şəxs Loft Dent kimi tanınan və Yasamal rayonu, Mirəli Seyidov 19A ünvanında, yerləşən stomatoloji məkanda üz-çənə cərrahı və implantoloq kimi fəaliyyət göstərir.

Lakin yayılan məlumatlara əsasən, həmin şəxsin stomatoloji fəaliyyət göstərməsi üçün ali tibbi təhsil və icazə sənədləri mövcud deyil.

Belə ki, araşdırmalarımız nəticəsində “Stomatoloq.Mehemmed” Məhəmməd Əhmədovun Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında məlumat olmadığı və tibbi fəaliyyət haqqında sertifikasiyası məlumatı mövcud deyil.


Mütəxəssislər bu cür halların vətəndaşların sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayır.

Qeyd edək ki, Səhiyyə Nazirliyi son dövrlərdə saxta stomatoloq və kosmetoloqlarla bağlı araşdırmaları gücləndirib. İddialar doğrudursa, bu, təkcə etik və tibbi yox, həm də hüquqi pozuntu kimi qiymətləndirilməlidir.

Bu cür fəaliyyətlərin qarşısının alınması üçün Səhiyyə Nazirliyi və prokurorluq orqanlarının dərhal rəsmi şəkildə araşdırmaya başlaması cəmiyyətin təhlükəsizliyi baxımından vacibdir.

Məlumatla bağlı “doktor” Məhəmməd Əhmədovla əlaqə yaratmaq mümkün olmadı.(xalq.online)

Yazıda qeyd olunan iddialarla bağlı Məhəmməd Əhmədovunda fikirlərini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.