Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 7:18-də "Pirqulu" stansiyasından 10 km qərbdə, İsmayıllı ərazisində 3.8 maqnitudada qeydə alınıb.
Zəlzələ episentrdə 4, episentrə yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.