Polşa Kalininqraddakı baş konsulluğun bağlanmasına adekvat cavab verəcəyini vəd edib -YENİLƏNİB

Bu gün, 07:14           
Polşa Kalininqraddakı baş konsulluğun bağlanmasına adekvat cavab verəcəyini vəd edib -YENİLƏNİB
Polşa Rusiyanın hərəkətlərinə adekvat reaksiya verəcək.

Yenixeber.org-un məlumatına görə, bu barədə Polşa XİN-in mətbuat katibi Pavel Vronski Rusiya XİN-in Kalininqraddakı Polşa baş konsulluğunu bağlamaq qərarı ilə bağlı jurnalistlərə bildirib.

"Rusiya XİN-in bu qərarı yaxşı hesablanmışdı, lakin əsassız idi. Polşa XİN Rusiya Federasiyasının hərəkətlərinə adekvat reaksiya verəcək", - deyə Vronski TVP Info telekanalının yayımladığı brifinqdə bildirib.

Diplomat Varşavanın hansı cavab tədbirləri görəcəyini dəqiqləşdirməyib. O, həmçinin polyakları Rusiyaya turist səfərləri etməməyə çağırıb.

Bundan əlavə, Vronski bildirdi ki, Rusiya XİN-in notasına əsasən, Kalininqraddakı baş konsulluğun bağlanması ilə əlaqədar bir polyak diplomat Rusiyanı tərk etməlidir.

***
Rusiya cavab tədbiri olaraq Kalininqraddakı Polşa konsulluğunu bağlayır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

"Bu addım Polşa tərəfinin əsassız və düşmənçilik hərəkətləri ilə bağlıdır", - məlumatda qeyd olunub.

Nazirlikdə ölkənin müvəqqəti işlər vəkilinə Polşa Baş konsulluğunun fəaliyyətinin dayandırılması barədə nota təqdim edilib.

Notada qeyd olunub ki, Polşa hökumətinin 2025-ci il iyunun 30-dan Rusiyanın Krakovdakı baş konsulluğunun fəaliyyətinə verdiyi razılığını geri çəkməsinə cavab tədbiri olaraq Rusiya tərəfi bu il avqustun 29-dan Polşanın Kalininqraddakı baş konsulluğunun fəaliyyətinə verdiyi razılığını geri çəkir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.