Zivər bəy Əhmədbəyovun abidəsi baxımsızlıq içində – Xəcalət verən görüntü VİDEO

12-07-2025, 00:10           
Zivər bəy Əhmədbəyovun abidəsi baxımsızlıq içində –
Bakı şəhərinin Yasamal rayonunda yerləşən və Azərbaycanın görkəmli memarı Zivər bəy Əhmədbəyovun şərəfinə ucaldılan abidənin hazırkı vəziyyəti narahatlıq doğurur.

32gun.az-ın əməkdaşının lentə aldığı görüntüdən və sakinlərin sözlərindən aydın olur ki, heykəlin üzərinə hopmuş çirk və quş ifrazatları uzaqdan belə nəzərə çarpır. Ətrafda yaşayan və gündəlik həmin ərazidən keçən sakinlər bildirirlər ki, heykəlin uzun müddətdir yuyulduğunu, təmizləndiyini görməyiblər.

Sakinlər bu mənzərəni xəcalətverici adlandırır və belə bir tarixi şəxsiyyətin adını daşıyan abidənin bu vəziyyətdə qalmasının həm mədəniyyətə, həm də ictimai estetikaya zidd olduğunu qeyd edirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru