Rusiya zəifləmir, daha da böyüyür, səbəbi isə... - Ekspert

12-07-2025, 09:58           
Rusiya zəifləmir, daha da böyüyür, səbəbi isə... - Ekspert
Cəbhədə baş verən böyük itkilərə baxmayaraq, ümumilikdə Rusiya ordusu zəifləmək əvəzinə daha da güclənir. Buna Rusiyanın malik olduğu resursların həcmi və dünyadakı geosiyasi vəziyyət kömək edir.

Bunu ukraynalı hərbi ekspert Taras Çmut bildirib.

O qeyd edib ki, Rusiya ordusuna yalnız Rusiya dövlətinin əlində bir alət kimi yanaşmaq lazımdır. Ona görə də ordunun gücünə deyil, bütövlükdə Rusiyanın potensialına baxmaq lazımdır:

“Bu, böyük resurslara və davamlı maliyyə axınına malik bir ölkədir. Rusiya cəmiyyətində bu müharibənin mahiyyətinin dərk olunması ilə bağlı hər hansı bir problem yoxdur. Hazırda hər şey aydındır, hamı müharibə aparmaq istəyir. Rusiya tamamilə avtoritar dövlətdir və başqa cür ola da bilməz. Təəssüf ki, əhali bu müharibəyə inanır”.


Mənbə: axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru