İran Hərbi-Dəniz Qüvvələri ABŞ-a məxsus yük gəmisini saxladı və azad etdi

28-04-2015, 22:16           

ran Hərbi-Dəniz Qüvvələri ABŞ-a məxsus yük gəmisini saxlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, saxlanılan gəminin göyərtəsində 34 ABŞ vətəndaşı var. Hazırda gəmi Bəndər Abbas limanına müşayiət edilir.

Məlumatda ABŞ gəmisi saxlanılarkən İran Hərbi-Dəniz Qüvvələri tərəfindən atəş açıldığı qeyd olunub.

İran mətbuatı qeyd edir ki, Amerika gəmisi İranın ərazi sularına keçdiyinə görə saxlanılıb.
______________________________________________
İran bir neçə saat əvvəl saxladığı Marşal adalarının bayrağı altında üzən ABŞ yük gəmisini azad edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.

İranın “Tasnim” informasiya agentliyi ABŞ gəmisinin saxlanılmasının arxasında heç bir siyasi və ya hərbi motivin olmadığını qeyd edir.

Gəminin sahibi olan şirkət onun göyərtəsində ABŞ vətəndaşlarının olmadığını bildirib. Məlumata görə, gəmi komandasına Şərqi Avropa və Asiya nümayəndələri daxildir.

Qeyd edək ki, Marşal adaları Sakit okeanda yerləşən müstəqil dövlətdir, 1986-cı ildən ABŞ ilə assosiasiya statusuna malikdir. Marşal adaları suverenliyini qorumaqla təhlükəsizlik və müdafiə sahələri daxil olmaqla bir sıra mühüm hüquqlarını ABŞ-a verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.