Klinton dünyanın ən gizli sirrini açacaq

5-03-2016, 10:22           

Klinton ABŞ prezidenti seçiləcəyi təqdirdə yadplanetlilərlə bağlı hər şeyin üzərindən məxfilik qrifini götürəcək.

Axar.az xəbər verir ki, bunu Klas TV-yə açıqlamasında ABŞ prezidentliyinə namizəd olan Hilari Klintonun Seçki Qərargahının rəhbəri Con Podesta söyləyib. Onun sözlərinə görə, insanlar artıq yadplanetlilərlə bağlı həqiqəti öyrənməlidirlər.

Qeyd edək ki, Podesta ABŞ-da yadplanetlilərlə bağlı bütün sirlərin açılmasının tərəfdarı olan əsas siyasətçilərdən biridir. 90-cı illərdə ABŞ Prezident Administrasiyasının rəhbəri olan Podesta bununla bağlı dəfələrlə çağırış etsə də, rəsmi Vaşinqton buna məhəl qoymayıb.

Yadplanetlilərlə bağlı məsələ son günlər ciddi şəkildə aktuallaşıb. İngiltərə Müdafiə Nazirliyi də yadplanetlilərlə bağlı Beynəlxalq Arxivdəki sənədləri təqdim etməyə hazır olduğunu açıqlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.