"Faşistlərlə ortaq olan Qaregin Njdenin xatirə lövhəsini boyayan şəxs vətəndaş qəhrəmanlığı edib" - Rusiyalı ekspert

16-11-2019, 16:04           
"Faşistlərlə ortaq olan Qaregin Njdenin xatirə lövhəsini boyayan şəxs vətəndaş qəhrəmanlığı edib" - Rusiyalı ekspert
"Faşistlərlə ortaq olan Qaregin Njdenin xatirə lövhəsini boyayan şəxs vətəndaş qəhrəmanlığı edib"
"Deputatı Aleksey Vinoqradov olduqca cəsarətli addım atıb".

Bunu "Report"un Rusiya bürosunun müxbirinə ekspert Yevgeni Mixaylov Rusiyanın Krasnodar diyarının Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradovun erməni faşist Qaregin Njdenin xatirə lövhəsinin üzərini boyaması məsələsinə münasibət bildirərkən deyib.

"Bu problem uzun müddətdir Armavirdə var idi. Çoxları faşist Almaniyası ilə əlbir olan şəxsə xatirə lövhəsi qoyulduğuna görə nazazılığını bildirirdi. Lövhə artıq azı beş-altı ildir qoyulub. Narazılıqlar dərhal başlamışdı, amma ölkəmizin cənubunda çox sayda erməninin yaşaması səbəbindən sakinlər heç bir şey edə bilmirdilər. Ta ki siyasi konyuktura dəyişənə qədər. İndi görürük ki, o dəyişib", - rusiyalı ekspert hesab edir.

"Birincisi, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə görüşdə - həm Vladimir Putinlə görüşlərində, həm də digər çıxışlarında bu vəziyyəti çox açıq şəkildə səsləndirib. O, Ermənistanda Njdeyə abidə qoyulması ilə bağlı vəziyyət və Rusiyada da onun xatirəsinin əbədiləşdirilməsi barədə danışıb. Əgər biz - rusiyalılar faşistlərin qəhrəmanlaşdırılmasına qarşı mübarizə aparırıqsa, əlbəttə ki, bu vəziyyəti də nəzərə alırıq. Rusiyada ermənilər uzun müddətdir yaşayır, bəziləri hətta Armavir şəhərini yerli paytaxt adlandırır və burada özlərini çox rahat hiss edirlər. İndi erməni ictimai xadimlər bu vəziyyəti millətlərarası ədavəti qızışdırmaq kimi təsvir etməyə çalışırlar. Ancaq heç bir ədavət yoxdur. Biz Böyük Vətən Müharibəsi qəhrəmanlarına böyük hörmətlə yanaşırıq. Burada isə söhbət qəhrəmanlaşdırılan həqiqi faşist ortağından gedir. Bəlkə də, bu, lövhənin uzun müddət orada olmasına şərait yaradan zəngin erməni diasporunun bir növ qələbəsi idi", - deyə Y.Mixaylov qeyd edib.

"Nikol Paşinyan Ermənistanın bir çox sahələrdə, o cümlədən faşistlərin qəhrəmanlaşdırılması baxımından heç də eyni istiqamətdə irəliləməmələri ilə bağlı siyasətçilərimizin gözlərini açdı", - rusiyalı politoloq əlavə edib.

Onun sözlərinə görə, heç kim bu addıma görə deputat A.Vinoqradovu çox adamın arzuladığı kimi cəzalandırmayacaq: "O, vətəndaş qəhrəmanlığı edib. O, çox sayda zəngin və nüfuzlu ermənilərin yaşadığı şəhərdə hökumətin, yerli hakimiyyətin etməli olduğunu edib. Düzdür, özəl ərazi barədə qanun var. Ancaq Rusiyada bayram olmadığı halda, hətta Rusiya bayrağını da fərdi evlərdən asmaq olmaz. Burada isə söhbət özəl ərazidə açıq-aydın faşist olan birisinin abidəsindən gedir".

Xatırladaq ki, dünən Rusiyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Nümayişçilər Q.Njdenin xatirə lövhəsinin üzərini rəngləmiş deputat A.Vinoqradovun hərəkətindən narazılıqlarını bildiriblər.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.