Prezident İlham Əliyev yaxın günlərdə İrana səfər edəcək – Məlumat niyə Azərbaycan mediasından gizlədilir?

14-12-2019, 08:07           
Prezident İlham Əliyev yaxın günlərdə İrana səfər edəcək – Məlumat niyə Azərbaycan mediasından gizlədilir?
Yaxın günlərdə Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri gözlənilir.

Ovqat.com xəbər verir ki, İran mətbuatı bu məlumatı yayıb.

Məlumat Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev tərəfindən də təsdiqlənib.

Qəribədir ki, Azərbaycan mediasına açıqlanmayan bu xəbər İran mətbuatında geniş şəkildə işıqlandırılıb. (Görünür, İran əhəmiyyət veriləsi dövlət olmadığından Prezidentin Mətbuat xidməti səfərin xəbərini yaymağı yaddan çıxarıb) İranın rəsmi media orqanlarından olan anaj.ir-in məlumatına görə, Şahin Mustafayev jurnalistlərə açıqlamasında İlham Əliyevin tezliklə Tehrana səfər edəcəyini söyləyib: “İqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişaf etdirilməsi potensialını müzakirə edirik. Hazırda Azərbaycan prezidentinin İrana səfəri zamanı imzalanacaq sənədləri və sazişləri hazırlayırıq”.

İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi də mətbuat açıqlamasında İlham Əliyevin bu ölkəyə səfərindən bəhs edib: “İki ölkə arasında güzəştli ticarətə dair sazişin imzalanması istiqamətində irəliləyişlər var. İranın sənaye naziri ilə Azərbaycanın iqtisadiyyat nazirinin bu məsələnin müzakirəsini yekunlaşdırmalarını gözləyirik. Müvafiq sənədlərin Azərbaycan prezidentinin Tehrana səfəri zamanı imzalanması nəzərdə tutulur”.

Qeyd edək ki, bir müddət əvvəl Şahin Mustafayev İranda səfərdə olmuş və ölkə prezidentindən tutmuş müdafiə nazirinə qədər çox mühüm görüşlər keçirmişdi. Hələ o vaxt bu görüşləri şərh edən Ovqat.com səfərin işgüzar xarakter daşıdığını və əldə olunan razılaşmaların bir müddətdən sonra ölkə liderləri səviyyəsində imzalanacağı ehtimalını irəli sürmüşdü.
шаблоны для dle 11.2














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.