Mübariz Mənsimov Fərhad Əhmədovun müdafiəsinə qalxdı – “Təlimatla tutuquşuluq həyat tərzinizə çevrilib”

15-12-2019, 12:06           
Mübariz Mənsimov Fərhad Əhmədovun müdafiəsinə qalxdı – “Təlimatla tutuquşuluq həyat tərzinizə çevrilib”
“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov iş adamı Fərhad Əhmədovun müdafiəsinə qalxıb.

Pravda.az-ın xəbərinə görə, M.Mənsimov F.Əhmədov barəsində deyilənlərə etirazını bildirib.

“Hamı bir ağızdan Fərhaddan danışır. Günün mövzusu "Yol Xəritəsi" və müəllifi Əhmədov. Mən çox təcüblənmədim, çünki zaman-zaman məni də manşetə daşıyırlar. Nə baş verir ki?! Biz hansı əsirdə yaşayırıq? Hər bir insanın istədiyini demək haqqı var. Hər bir insanın seçmə haqqı var və kimsə bunlara qarşı gedə bilməz. Demokratiya deyirik və sonra “sən danışma”, “o danışmasın” deyib dururuq. Niyə? Fərhadın yazdıqları niyə bu qədər aqressiv qarşılandı ki? Hərçənd bir çox təklifləri konstruktiv və zəruridir. Birdən komanda verildi və hamı qələmini aldı əlinə, üzünə deyə bilmədiklərini tirajladılar. Hətta bir zamanlar puluna görə dostluq edənlər Əhmədova qarşı yazmağa başladılar. Biri milyardlarından yazır, biri şəxsi məsələyə toxunur? Sizə nə onun pulundan? Bu bir məmur deyil, məmur qohumu deyil. Bu, süni düzəltilmiş milyoner və ya xalqın cibinə girərək varlanan harın da deyil. Bu halal zəhməti ilə pul qazanan və öz vətənində də sərmayəsi olan bir iş adamıdır. Sizə nə onun ailəsində nə baş verir? O bilər, ailəsi bilər.

Bunun Fərhadın yazdıqları ilə nə əlaqəsi var? Siz birinci gedin öz ailələrinizə necə çörək qazanmanıza baxın. O onu alır, bu bunu satır. Heç kim mükəmməl deyil. Bir az tolerant olun, dinləməyi bacarın. Oxuyun, baxın nə yazılıb orda? Bəlkə faydali məsləhətlər var. Amma yox, bizdə bu belə olmur. Hamı bir adam kimi o adami sizin sözlərlə desək vurmağa başlayırlar. Çünki təlimatla tutuquşuluq həyat tərzinizə çevrilib. Harama elə bulaşmısınız ki, kimsənin normal düşünə biləcəyinə belə şübhə edirsiniz. Halbuki dünya dəyişir, Azərbaycan dəyişir, siz isə bu dəyişimə ayaq bağından başqa bir şey deyilsiniz. Əslində, Milli Məclislə yanaşı siz trollları da buraxmaq lazımdır. Sizdən istifadə edənlərə sadəcə töhmətsiniz” – M.Mənsimov qeyd edib.шаблоны для dle 11.2










 

 




Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.