Sığorta sektorunun mənfəətliliyi bu il 80 mln. manatı ötüb

Bu gün, 11:24           
Sığorta sektorunun mənfəətliliyi bu il 80 mln. manatı ötüb
Sığorta sektorunda həyata keçirilən islahatlar sektorun inkişaf və dayanıqlıq göstəriclərində də öz əksini tapıb.

Valyuta.az xəbər verir ki, bunu Şuşada Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarov deyib.

O bildirib ki, bu ilin 1-ci yarısına münasibətdə sektorun aktivləri son 1 il ərzində 12% artmaqla 2.1 mlrd. manatı ötüb. Sektorun məcmu kapitalı risk kapitalını 2 dəfəyə qədər üstələyib. Sektorun gəlirlilik göstəricilərində də artımlar müşahidə olunub. Sektorun ümumi mənfəətliliyi 2025-ci ilin 1-ci yarısına 80 mln. manatı ötüb, aktivlərin gəlirlilik göstəricisi (ROA) 7%, kapitalın gəlirlilik göstəricisi (ROE) isə 25% olub.

“Azərbaycan sığorta sektorunda əldə olunan müsbət göstəricilərə baxmayaraq, qarşıda hələ də bir sıra mühüm prioritet və çağırışlar mövcuddur. Bunlar arasında Solvency II standartlarına uyğun risk əsaslı prudensial tənzimləmənin tamamlanması, aqrar sığorta sisteminin təkmilləşdirilməsi və sığorta vasitəçiliyi institutunun inkişafı xüsusilə önəmlidir. Eyni zamanda, rəqəmsallaşmanın sürətləndirilməsi, istehlakçı hüquqlarının qorunması və istehlakçıların dəyişən tələblərinə cavab verən könüllü sığorta xidmətlərinin genişləndirilməsi əsas prioritetlər sırasındadır”- Əliyar Məmmədyarov əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru