İlon Maskın qardaşı Vatikanda Avropanın ən böyük dron şousunu təşkil etdi VİDEO

Bu gün, 11:08           
İlon Maskın qardaşı Vatikanda Avropanın ən böyük dron şousunu təşkil etdi  VİDEO
Vatikanda Avropanın ən böyük dron şousu baş tutub. Şou İlon Maskın kiçik qardaşı Kimbal Maskın "Nova Sky Stories" şirkəti tərəfindən Müqəddəs Taxt-Tacın icazəsi ilə təşkil edilib.

Bu barədə "National Geographic" məlumat yayıb.

Vatikan əsrlər boyu davam edən ənənəni pozaraq, Müqəddəs Pyotr meydanında keçirilən ilk konserti işıq şousu ilə müşayiət etməyə icazə verib.

Konsertdə Farrell Uilyams, Andrea Boçelli və Cennifer Hadson kimi məşhurlar iştirak ediblər.

Eyni zamanda yüzlərlə dron 3D ürək, sülh göyərçinləri, tanrının Adəmi yaratdığı məşhur "barmaq toxunuşu", mərhum Papa Fransiskin portreti və s. kimi təsvirlər yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru