SON DƏQİQƏ! Məzahir Pənahov 4 dairə, 74 məntəqənin nəticələrini ləğv etdi

23-02-2020, 15:00           
SON DƏQİQƏ! Məzahir Pənahov 4 dairə, 74 məntəqənin nəticələrini ləğv etdi
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

İxa.az xəbər verir ki, bununla bağlı MSK-nın keçirilən iclasında müvafiq qərar qəbul olunaraq, nəticələr ləğv edilib

Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq Dairə Seçki Komissiyalarına göndərilib. Ümumilikdə 4 dairə,, 21 seçki dairəsinin də 74 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv edilib.

Onlardan 70-i ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK), 4-ü barədə isə dairə seçki komissiyaları (DSK) müvafiq qərar veriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.