Son beş gündə İlon Maskın sərvəti 37,3 milyard dollar artıb 30-04-2024, 12:38 Son beş gündə “Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “Twitter”in sahibi İlon Maskın sərvəti 37,3 milyard dollar artıb.Bunu “Bloomberg Billionaires Index”in məlumatı göstərir.Bu, onun sərvətində 2022-ci ilin mart ayının əvvəlindən bəri ən böyük həftəlik artımdır.Çin texnologiya şirkəti “Baidu” ilə mümkün əməkdaşlıq xəbərləri “Tesla”nın səhmlərini artırıb.Təkcə aprelin 29-da İlon Maskın sərvəti 18,5 milyard dollar artaraq 201,5 milyard dollara çatıb.Həmin gün “Tesla”nın səhmləri 17,76% bahalaşıb.//report.az Facebook-da paylaş