Sumqayıtda eyni yol dördüncü dəfə çökdü - VİDEO

10-12-2019, 21:50           
Sumqayıtda eyni yol dördüncü dəfə çökdü - VİDEO
Sumqayıt şəhərində yol çöküb.
Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, söhbət şəhərin “Dejurnu” adlanan ərazisində, Kamran Hüseynov küçəsindən gedir.
Ərazidə yolun çökməsi nəticəsində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Təhlükəsizlik məqsədilə ərazinin ətrafı lentlənib, piyadaların ehtiyatlı olması üçün xəbərdarlıq edilib.
İlkin məlumatlara görə, hadisə zamanı zərərçəkən olmayıb.
Xatırladaq ki, sözügedən küçədə yolun çökməsi artıq dördüncü dəfədir baş verir.
Daha əvvəl isə həmin küçədə çökən ərazidən bir neçə metr irəlidəki hissə çökmüşdü.
Bir neçə dəfə yolda təmir-bərpa işləri aparılsa da, görünən odur ki, bu, çökmənin qarşısını ala bilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru