Beyrutdakı partlayışda təqsirli bilinən 19 nəfər həbs edildi

15-08-2020, 06:06           
Beyrutdakı partlayışda təqsirli bilinən 19 nəfər həbs edildi
Livanın paytaxtı Beyrutda baş verən partlayışda təqsirli bilinən 25 nəfərə cinayət işi açılıb."Report" xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Həsən Uveydat bildirib.

Onun sözlərinə görə, onlardan 19-u həbs edilib. Tutulanlar arasında limanın direktoru Həsən Kreytem və gömrük xidmətinin baş direktoru Badri Daher, həmçinin gömrük xidmətinin keçmiş baş direktoru Şafik Mari də var.

Qeyd edək ki, avqustun 4-də baş verən partlayış nəticəsində 6 minə yaxın insan xəsarət alıb, 170 nəfər ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru