İsmayıllıda yük maşını "VAZ 2107"nin üzərinə aşıb - Xəsarət alanlar var - FOTO

3-06-2023, 20:43           
İsmayıllıda yük maşını "VAZ 2107"nin üzərinə aşıb - Xəsarət alanlar var - FOTO
İsmayıllıda "Mersedes" markalı yük avtomobili yolun kənarında dayanan minik avtomobilinin üzərinə aşıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Muğanlı Şamaxı avtomobil yolunun Muğanlı ərazisinin 6-km-liyində qeydə alınıb.

"Mercedes" markalı yük maşını idarəetməni itirərək yolun kənarında dayanan "VAZ 2107" markalı avtomobillə dəyərək minik avtomobilinin üzərinə aşıb.

Yük maşınının sürücüsü və yanında olan sərnişin yüngül bədən xəsarətləri alıb.

Qeyd edək ki, yük avtomobili “Azeravtoyol”a məxsusdur.

Fakt araşdırılır.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.