"Liverpul" İngiltərə Kubokunda mübarizəni dayandırıb

8-01-2019, 07:50           
"Liverpul" İngiltərə Kubokunda mübarizəni dayandırıb
Futbol üzrə İngiltərə Kubokunun 1/32 final matçında "Liverpul" 1:2 hesabı ilə "Vulverhempton"a məğlub olub və turnirdə mübarizəni dayandırıb.

“Report” xəbər verir ki, görüş Vulverhemptonun "Moline" stadionunda baş tutub.

Oyunda hesabı 38-ci dəqiqədə "Liverpul"un futbolçusu Raul Ximenes açıb. Lakin qonaqlar ikinci hissədə Divok Oriqi və Ruben Neveşin qolları sayəsində qələbəni təmin ediblər.

Turnirin 1/16 final qarşılaşmaları fevralın 16-da keçiriləcək.

"Liverpul" İngiltərə çempionatında 54 xalla birinci yerdə gedir. "Vulverhempton" isə 29 xal ilə 9-cudur.

İngiltərə Kuboku. 1/32 final

"Vulverhempton" – "Liverpul" - 2:1

Qollar: 1:0 – Ximenes – 38, 1:1 – Oriqi – 51, 2:1 – Neveş – 55












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.