“Qarabağ” – “Partizani” matçının hakim təyinatları açıqlandı

15-07-2019, 11:06           
“Qarabağ” – “Partizani” matçının hakim təyinatları açıqlandı
Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Partizani" (Albaniya) oyununun hakim təyinatları açıqlanıb.
Matçı Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Dumitru Muntean olacaq. Ona Vladislav Lifçiu və Andrey Bodean kömək edəcək, 4-cü hakim funksiyasını isə Aleksandru Tean yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Partizani" oyunu iyulun 17-də, saat 21:00-da "Dalğa Arena"da keçiriləcək.

Komandalar arasında Albaniyada oynanılan görüş qolsuz bərabərliklə sona çatmışdı.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.