Ukrayna Rusiyaya ciddi enerji problemi yarada bilər - Zelenski anonsunu verdi

Bu gün, 11:14           
Ukrayna Rusiyaya ciddi enerji problemi yarada bilər -
Ukrayna prezidenti Volodimir Zelenski bu qışda Rusiyada enerji probleminin yaşanacağını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Noviny.LIVE” Telegram kanalı məlumat yayıb.

Zelenski təfərrüatı açıqlamasa da, ehtimal olunur ki, enerji problemi Ukrayna ordusunun Rusiyada enerji təchizatlarına endirdiyi zərbələrdən qaynaqlanacaq.

"Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına bu qız zərbə endirəcəyinə eyham vurub" - kanalın şərhində bildirilir.

Zelenski bəyan edib ki, Ukrayna ordusu Rusiya qoşunlarının Ukraynaya hücumlarının qarşısını alacaq əməliyyatlar planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru