AVRO-2020: İspaniya autsayderi, İtaliya izləyicisini məğlub edib - FOTOSESSİYA

9-09-2019, 01:00           
AVRO-2020: İspaniya autsayderi, İtaliya izləyicisini məğlub edib - FOTOSESSİYA
AVRO-2020-nin seçmə mərhələsində VI tura start verilib.

APA-nın məlumatına görə, üç qrupda 8 oyun keçirilib.

D qrupunda İsveçrə Cəbəllütariqə qalib gəlib. Danimarka isə Gürcüstanla qarşılaşmada xal itirib.

F qrupunda İspaniya 6-cı qələbəsini autsayder Farer adaları üzərində qazanıb. Rumıniya isə Maltanı bir qolla üstələyib. İsveçlə Norveç arasında matçda qalib müəyyənləşməyib.

J qrupunda liderlər üz-üzə gəlib. Finlandiyanın qonağı olan İtaliya səfərdə çətin qələbə əldə edib. Yunanıstan Lixtenşteyn görüşündə sensasiya qeydə alınıb. Sonuncular ilk qolla ilk xala seviniblər. Ermənistan isə Bosniya və Herseqovinanı məğlubiyyətə uğradıb.

Qeyd edək ki, VI turun digər oyunları sentyabrın 9-10-da keçiriləcək.

AVRO-2020-nin seçmə mərhələsi
VI tur
8 sentyabr
Növbəti oyunlar oktyabrın 12-də keçiriləcək: Gürcüstan – İrlandiya, Danimarka – İsveçrə.

F qrupu
20:00. Rumıniya – Malta – 1:0
Puşkaş, 47
22:45. İsveç – Norveç – 1:1
Forsberq, 60 – Yohansen, 45
22:45. İspaniya – Farer adaları – 4:0
Rodriqo, 13, 50, Alkaser, 90, 90+2

D qrupu
20:00. İsveçrə - Cəbəllütariq – 4:0
Zakaria, 37, Mehmedi, 43, Rodriges, 45, Qavranoviç, 87
20:00. Gürcüstan – Danimarka – 0:0

Növbəti oyunlar oktyabrın 12-də keçiriləcək: Farer adaları – Rumıniya, Norveç – İspaniya, Malta – İsveç.

J qrupu
17:00. Ermənistan – Bosniya və Herseqovina – 4:2
Mxitaryan, 3, 66, Ambartsumyan, 77, Lonçar, 90 (avtoqol) – Dzeko, 13, Qoyak, 70
22:45. Yunanıstan – Lixtenşteyn – 1:1
Massouras, 33 – Salanoviç, 85
22:45. Finlandiya – İtaliya – 1:2
Pukki, 72 (pen.) – İmmobile, 59, Jorjinyo, 79 (pen.)

Növbəti oyunlar oktyabrın 12-də keçiriləcək: Bosniya və Herseqovina – Finlandiya, Lixtenşteyn – Ermənistan, İtaliya – Yunanıstan.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.