“Barselona” və “Real” qalib gəlib, “Qranada” xalsız qalıb

10-11-2019, 04:15           
“Barselona” və “Real” qalib gəlib, “Qranada” xalsız qalıb
İspaniya La Liqasında XIII tur davam edir.

APA-nın məlumatına görə, turun ikinci günündə 4 matç baş tutub.

“Valensiya” “Qranada”nı məğlub edərək xal hesabında rəqibinə çatıb. “Real” isə rəqib meydanında “Eybar”ı darmadağın edib.

“Barselona” “Selta” ilə görüşdən 3 xalla ayrılıb. “Alaves” isə “Valyadolid” üzərində böyük hesablı qələbə əldə edib.

Qeyd edək ki, tura noyabrın 10-da yekun vurulacaq.

İspaniya La Liqası
XIII tur
9 noyabr
“Alaves” – “Valyadolid” – 3:0
Xoselu, 26, Pina, 32, Peres, 76 (pen.)
“Valensiya” – “Qranada” – 2:0
Vass, 74, Torres, 90
“Eybar” – “Real” – 0:4
Benzema, 17, 29 (pen.), Ramos, 20 (pen.), Valverde, 61
“Barselona” – “Selta” – 4:1
Messi, 23 (pen.), 45, 48, Buskets, 85 – Olaza, 42












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.