Rusiyada məşqçi idmançıları döydü – VİDEO

12-12-2019, 12:27           
Rusiyada məşqçi idmançıları döydü – VİDEO
Rusiya Federasiyasının Udmurtiya Respublikasında məşqçi voleybolçu qızları vəhşicəsinə döyüb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki hadisə, Udmurtiyanın Qlazov şəhərindəki idman məktəblərin birində baş verib.

Sosial şəbəkələrdə yayılan videodan sonra hadisədən xəbər tutan Respublikanın İdman naziri Aleksandr Varşaviski hadisənin 2017-ci ildə baş verdiyini bildirib: “Məşqçinin bu davranışını qəbuledilməz hesab edirəm. Bu, təlim-məşqçilik və idman etikasına ziddir. Uşaqlar həyatda və idmanda toxunulmazdır, buna bənzər metodlar tətbiq edilməməlidir”.

Qeyd edək ki, məşqçi işdən qovulub.
Video aşağıdakı linkdə:
https://vk.com/video-141514192_456242348












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru