“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 11:44

Daşkəsən rayon sakini Mürsəlov Babək Mövsüm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi işsizlikdən əziyyət çəkdiyini, məhz veteran olduğu üçün heç kəsin ona iş vermədiyini iddia edir:
“Mən, Mürsəlov Babək Mövsüm oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, hərbi xidmətdə olmuşam. “Maxe” işləmişəm, sonradan öz istəyimlə işdən azad olmuşam.
44 günlük Vətən Müharibəsində iştirak etmişəm.
3-4 ay bundan qabaq Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsinin filialından ehtiyatda olan maxelərin yığımına başladılar. Sənədlərimi yığıb, lazımi qaydada mən də göndərdim. Bakıya dəvət etdilər, “1 ay müddətində işə çıxacaqsınız”, - dedilər. Amma 4 aydır ki, çağıran yoxdur.
Müdafiə Nazirliyinin qaynar xəttindən isə bildirirlər ki, bizim bu haqda məlumatımız yoxdur.
44 günlük Vətən Müharibəsi zamanı özüm Daşkəsən Hərbi Komissarlığına yaxınlaşıb, dava-dalaşla müharibəyə getmişəm. Üç qardaş üçümüz də müharibədə iştirak etmişik. Müharibə başa çatana yaxın Müdafiə Nazirliyi tərəfindən xidmətə uyğunsuzluqla tərxis olunmuşam.
45 nəfəri 3 ay bundan qabaq “Maxe” kimi Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsinə dəvət etdilər. Amma iş vermədilər. Hərbi Komissarlıqdan keçirdilər. Mən bunu haqszılıq kimi qiymətləndirirəm. Heç kəsdən pul istəmirik. Özümü və ailəmi dolandırmaq üçün dövlətimdən iş tələb edirəm”.