Kianu Rivz teatr səhnəsində debüt edib Bu gün, 10:47 Brodveydə (Nyu-York, ABŞ) Semuel Bekketin "Qodonu gözləyərkən" pyesi əsasında tamaşanın nümayişinə başlanılıb."Daily Afisha" xəbər verir ki, tamaşada baş rolları məşhur kino ulduzu Kianu Rivz və Aleks Uinter ifa edirlər.Pyesin annotasiyasında qeyd olunur ki, tanınmış aktyorlar dünyada məna axtaran iki dostu oynayırlar.Qeyd edək ki, bu tamaşa son olaraq "Con Uik" filmlər silsiləsi ilə gündəmə gələn Kianu Rivzin teatrdakı debütüdür. Facebook-da paylaş