“Real” La Liqada liderliyi ələ keçirib

27-01-2020, 02:20           
“Real” La Liqada liderliyi ələ keçirib
“Real” La Liqada liderliyi ələ keçirib
İspaniya La Liqasında XXI turun oyunları başa çatıb.

Apasport.az saytının məlumatına görə, son gündə 5 görüş keçirilib.

Günün ilk 3 matçında ümumilikdə 1 qol qeydə alınıb. İki oyun qolsuz bərabərliklə başa çatıb ki, onlardan birində "Atletiko" öz meydanında "Leqanes"in müqavimətini qıra bilməyərək xal itirib.

"Barselona"nın bir gün əvvəl məğlub olması "Real"a vahid liderliyə yüksəlmək imkanı verib. Naçonun 78-ci dəqiqədə vurduğu qol oyunda yeganə olub və "Real" liderliyi ələ keçirib.

İspaniya La Liqası
XXI tur
26 yanvar
"Atletiko" - "Leqanes" - 0:0
"Selta" - "Eybar" - 0:0
"Xetafe" - "Betis" - 1:0
Anxel, 89 (pen.)
"Real Sosyedad" - "Malyorka" - 3:0
İsak, 46; Qames, 58 (avtoqol); Portu, 81
"Valyadolid" - "Real" - 0:1
Naço, 78












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.