"Atletiko" Çempionlar Liqasının finalına çıxdı

4-05-2016, 10:05           

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. İlk finalçı müəyyənləşib.

"Bavariya" evdə "Atletiko"nu qəbul edib. Madriddə rəqibinə 0:1 hesabı ilə uduzan Münhen təmsilçisi doğma azarkeşləri önündə 2:1 hesabı ilə qalib gəlsə də, bu qələbə onların mərhələ adlamasına kifayət etməyib. İki oyunun nəticəsinə görə finala "Atletiko" yüksəlib.

Qeyd edək ki, bu keçiriləcək "Real" - "Mançester Siti" görüşündən sonra digər finalçı da bəlli olacaq.


3 may

Çempionlar Liqası, yarımfinalın cavab oyunu

"Bavariya" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1
Qollar: Xabi Alonso, 31 (1:0), Antuan Qrizmann, 54 (1:1), Robert Levandovski, 74 (2:1)
İlk oyun - 0:1

4 may

22:45."Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə)
İlk oyun - 0:0












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.