Şolts alman siyasətçilərə edilən hücumları pisləyib

9-05-2024, 00:04           
Şolts alman siyasətçilərə edilən hücumları pisləyib
Almaniya kansleri Olaf Şolts son günlər ölkədə siyasətçilərə, o cümlədən Berlinin iqtisadi senatoru Franziska Giffaya (Almaniya Sosial Demokrat Partiyası - SPD) qarşı hücumları pisləyib.

İqtisadiyyat.az xəbər verir ki, kansler bu barədə "X"də paylaşım edib.

"Franziska Giffay və digər siyasətçilərə edilən hücumlar hədsiz və qorxaqlıqdır", - deyə Şolts qeyd edib.

Onun sözlərinə görə, fəal ictimai xadimlər hörmətə layiqdir: "Zorakılıq demokratik müzakirəyə aid deyil. Layiqli və ağlabatan insanlar buna açıq şəkildə qarşı çıxırlar və onlar çoxluq təşkil edir".

2021-2023-cü illərdə Almaniya paytaxtının hakim burqomastrı vəzifəsində çalışmış Giffay Berlinin Rudow rayonunda yerləşən kitabxanada naməlum şəxsin hücumuna məruz qalıb. Cinayətkar ağır çanta ilə onun başının arxasına vuraraq gözdən itib. O, daha sonra saxlanılıb, hüquq-mühafizə orqanları 74 yaşlı şübhəlinin ruhi xəstəlikdən əziyyət çəkdiyini istisna etmirlər.

Mayın 7-də siyasətçiyə növbəti hücum olub. Drezdendə Birlik 90/Yaşıllar partiyasının üzvü 47 yaşlı İvon Mosler də hücuma məruz qalıb. O, köməkçilərinin müşayiəti ilə seçki plakatları asarkən iki naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Onlardan biri qadını kənara itələyərək, qışqırıb və plakatları cırıb. Daha sonra polis hadisə yerinə yaxın ərazidə 24 yaşlı qadın və 34 yaşlı kişini saxlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.