"Bolt" Azərbaycanda bu xidməti dayandırdı - FOTO

9-05-2024, 00:12           
"Bolt" Azərbaycanda bu xidməti dayandırdı - FOTO
"Bolt" skuterlərin icarəsi xidmətini dayandırıb.

TEREF xəbər verir ki, bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq "Bolt"dan bildirilib.

Qeyd edilib ki, buna səbəb ümumi texniki problemdir.

Şirkətdən vurğulanıb ki, hazırda "Bolt" komandası bu problemin həlli ilə məşğuldur: "Əməliyyatların tamamilə normal vəziyyətə düşməsi üçün çalışırıq".

Qeyd edək ki, "Bolt" şirkəti bu ilin əvvəlindən Bakı və Sumqayıt şəhərlərində elektrik skuterlərinin icarəsi xidmətinə başlayıb. Bakıda skuterin kiliddən çıxarılması 0,5 AZN, səyahətin bir dəqiqəsi isə 0,15 AZN müəyyənləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru