"Lokomotiv" klubu “Challenge Cup”ın 1/8 finalına yüksəlib

21-12-2017, 09:21           
"Lokomotiv" klubu “Challenge Cup”ın 1/8 finalına yüksəlib
Kişi voleybolçular arasında “Challenge Cup” turnirində 1/16 final mərhələsinin cavab görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, mərhələnin ikinci oyun günündə Azərbaycan çempionu “Lokomotiv” də meydana çıxıb.

Paytaxt təmsilçisi Bakı vaxtı ilə saat 01:30-da Portuqaliyada “Fonte Bastrado” klubunun qonağı olub. Görüşün əsas hissəsi bütünlüklə rəqibin üstünlüyü şəraitində keçib. Bakıdakı 3:1 hesablı qələbə görüşü ən pis halda “Qızıl set”ə daşıyacağı üçün komandamız çox güc sərf etməyərək əsas enerjisini sona saxlayıb. Sonuncu set isə olduqca gərgin mübarizəyə səhnə olub. "Qızıl set"də rəqibinə 25:23 hesabı ilə qalib gələn "Lokomotiv" 0:3 hesablı məğlubiyyətə baxmayaraq turu keçən tərəf olub.


20 dekabr

“Challenge Cup”

1/16 final, cavab oyunu

“Fonte Bastrado” (Portuqaliya) - “Lokomotiv” (Azərbaycan) - 3:0 (25:13, 25:20, 25:13)

Qızıl set: 23:25



İlk oyun: “Lokomotiv” (Azərbaycan) - “Fonte Bastrado” (Portuqaliya) - 3:1 (25:23, 21:25, 28:26, 25:20).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.