Məhkəmə 13 yaşlı qızın zorlanmasında ittiham olunan azərbaycanlını sərbəst buraxdı - TƏRCÜMƏÇİ TAPILMADI

22-03-2019, 12:46           
Məhkəmə 13 yaşlı qızın zorlanmasında ittiham olunan azərbaycanlını sərbəst buraxdı - TƏRCÜMƏÇİ TAPILMADI
Volqoqrad vilayət məhkəməsi Volqoqrad şəhərinin Qorodişe rayon məhkəməsinin qərarını ləğv edərək, avtobus sürücüsü Xəyal Məmmədovun həbs qərarını ləğv edib və onu sərbəst buraxıb. Azərbaycanlı sürücü 13 yaşlı məktəbli qızın zorlanmasında ittiham olunur.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, vilayət məhkəməsinin qərarına görə, birinci instansiya məhkəmə məsələni araşdırarkən bir sıra prosessual pozuntulara yol verib. Ələlxüsus, Məmmədova tərcüməçi verilməyib, halbuki onun buna haqqı var - rusca pis danışır.

Bundan sonra Qorodişe rayon məhkəməsi işə yenidən baxmalı və qətimkan tədbirini yenidən müəyyənləşdirməlidir – vilayət məhkəməsinin buna səlahiyyətləri çatmır. Böyük ehtimalla sürücü yenidən həbs ediləcək, lakin o vaxta kimi azadlıqda qalacaq.

Məmmədov orta məktəbin üçüncü sinfini bitirmiş və sonra heç bir təhsil almamış Rusiya vətəndaşıdır. O, fiziki zor tətbiq etməklə və öldürməklə hədələməklə 14 yaşına çatmayan qıza qarşı seksual cinayətin törədilməsində ittiham olunur.

Müstəntiqlər ehtiyat edirlər ki, azad edildikdən sonra Məmmədov ölkəni tərk edə, yaxud zərərçəkmiş tərəfə hədə-qorxu gələ bilər. O, polis əməkdaşları tərəfindən “isti izlərlə” – cinayətin törədilməsindən az qala dərhal sonra yaxalanıb. Üzləşdirmədə zorlanmış qız onu tanıyıb.

Cinayət işinin materiallarına görə, fevralın 1-də Xəyal Məmmədov sürücüsü olduğu “QAZel” sərnişin avtobusunda yolun kənarında dayanıb və 13 yaşlı məktəbli qızdan Qorodişe qəsəbəsindən çıxmaq üçün yolu soruşub. Qız yolu göstərməyə razılaşıb və avtobusa daxil olub. Bundan sonra Xəyal avtobusu meşəliyə sürüb və məktəblini zorlayıb. Daha sonra “nəzakət əlaməti” olaraq Məmməov öz qurbanını evinə qədər aparıb, qız isə başına gələnləri anasına danışıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.