Pasxa mərasimi zamanı faciə - Kilsə uçdu, 13 nəfər öldü

19-04-2019, 13:24           
Pasxa mərasimi zamanı faciə - Kilsə uçdu, 13 nəfər öldü
Cənubi Afrika Respublikasında pasxa mərasimləri zamanı kilsə binasının bir hissəsinin uçması nəticəsində ən azı 13 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli “News24” portalı səlahiyyətli şəxslərə istinadla xəbər yayıb.

Hadisə bu gecə ölkənin şərqindəki Kvazulu-Natal əyalətində baş verib. Əyalətin təcili tibbi yardım xidmətinin nümayəndəsi Robert Makkenzi bildirib ki, dağıntıya uzun müddətli yağışlar səbəb ola bilər.

İnsident nəticəsində ən azı 16 nəfər müxtəlif dərəcədə xəsarət alıb.

Bu il xristian dünyasında pasxa bayramı aprelin 28-də keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.