Atası göldə boğulan 5 yaşlı Yusifi "Niva" vuraraq öldürdü

16-09-2019, 19:38           
Atası göldə boğulan 5 yaşlı Yusifi "Niva" vuraraq öldürdü
amaxı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teref.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində Şamaxı şəhərinin “Dördyol” adlanan ərazisində qeydə alınıb. “Niva” markalı minik avtomobili 5 yaşlı Yusif Vəliyevi vurub. Yaralı təcili olaraq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən uşağın atası ötən il Şamaxıda göldə çimərkən boğulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru