"WhatsApp"da boşluq aradan qaldırıldı

20-11-2019, 08:53           
"WhatsApp"da boşluq aradan qaldırıldı
"Facebook"un əməkdaşları "WhatsApp" xidmətində hakerlərin istifadəçilərin qurğularına müdaxiləsinə və onların məlumatlarını oğurlamasına imkan verən boşluğu aradan qaldırıblar.

"Yeni Sabah" "ICTnews"a istinadən xəbər verir ki, "CVE-2019-11931" adlı boşluqdan istifadə edən kibercinayətkarlar qurbanın cihazına casus proqramı və ya bekdor quraşdırmaq imkanına malik olublar.

Bunun üçün istifadəçiyə MP4 formatında xüsusi fayl göndərmək tələb olunurdu. Bu, buferin həddən artıq yüklənməsinə və nəticədə nasazlığa gətirib çıxarırdı.

"Android", "iOS" və "Windows" sistemlərinin idarəetməsi altında işləyən qurğuların təhdid altında olduğu məlum olub. "WhatsApp" xidmətinin əməkdaşları bildiriblər ki, bu boşluq hakerlərin məqsədli hücumlarında istifadə edilməyib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.