Bakı-Astara yolunda OLAY: - yanacaq daşıyan maşın aşaraq alovlanıb
22-11-2019, 08:44
Bakı-Astara yolunda yanacaq daşıyan maşın aşıb.
APA-nın məlumatına görə, yanacaq daşıyan maşın aşdıqdan sonra alışıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.