Avstraliyada koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb

25-01-2020, 06:59           
Avstraliyada koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb
Avstraliyada yeni növ koronavirusun səbəb olduğu pnevmoniyanın ilk yoluxma hadisəsi qeydə alınıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, yoluxma hadisəsi Viktoriya ştatında aşkar edilib.

Qeyd olunub ki, virusa yoluxan şəxs Çin vətəndaşıdır və o, ölkəyə cari ilin yanvar ayında gəlib.

Həmin şəxs Melburn şəhərinin ətrafındakı xəstəxanaya yerləşdirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.