Bütün Azərbaycan bu polis leytenantından danışır - Görün nə etdi... / FOTO

29-01-2020, 16:28           
Bütün Azərbaycan bu polis leytenantından danışır - Görün nə etdi... / FOTO
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis leytenantı Tural Sofuyev nümunəvi addım atıb.

Oxu24.com xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. Qeyd edilib ki, DİN əməkdaşı yanvarın 19-da 1 yaşlı oğlu Məhəmmədə kiçik toy edib. Polis leytenantı toya “Ümid evi” körpələr evində məskunlaşmış 4 azyaşlını - Mərhəmət, Hacı, Novruz və Yusifi dəvət edib. Balaca qonaqlara da öz oğlu ilə birlikdə toy qiyafəsi geyindirib və bəylik kürsüsünə əyləşdirib. Körpələr evinin sakinlərini öz övladlarından fərqləndirməyən leytenant və mərasimin digər qonaqları uşaqları rəqsə dəvət edib, diqqət, qayğı göstəriblər.

Polis əməkdaşı həmin kimsəsiz körpələrin də sünnət xərclərini öz üzərinə götürüb. Onlar bu həftənin cümə axşamı günü “Topçubaşov” adına xəstəxanada sünnət əməliyyatı ediləcəklər.

Qeyd edək ki, Tural Sofuyev ailəlidir, bir qız, bir oğlu var.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.