Tramp seçkiqabağı kampaniyaya başlayıb

29-01-2023, 09:09           
Tramp seçkiqabağı kampaniyaya başlayıb
ABŞ-ın keçmiş Respublikaçı prezidenti Donald Tramp yanvarın 28-i şənbə günü seçki kampaniyası çərçivəsində ilk mitinqlərini keçirib.

Onun gün ərzində biri Nyu-Hempşirdə və biri Cənubi Karolinada olmaqla iki mitinq keçirəcəyi bildirilir. Bu iki ştat ölkədə respublikaçıların praymerizini keçirən ilk ştatlardandır.

Tramp ötən ilin noyabrında 2024-cü il ABŞ prezident seçkilərində namizədliyini irəli sürdüyünü açıqlayıb. O, bildirib ki, ABŞ prezidenti demokrat Co Bayden ABŞ-ı kömək istəməyə məcbur olan “kasıb ölkəyə” çevirib. Eks-prezident bəyan edib ki, Bayden ABŞ-ı tarixin ən pis dövrlərinə gətirib çıxarıb. (Mənbə: mk.ru)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru