AZAL-ın gəlir və mənfəətinin ünvanı- Cahangir Əskərovun dodaq uçuqladan sərvətini - SİYAHI

7-08-2020, 09:58           
AZAL-ın gəlir və mənfəətinin ünvanı- Cahangir Əskərovun dodaq uçuqladan sərvətini - SİYAHI
Teref.az yazır ki, dünənki müşavirədə Prezident İlham Əliyev AZAL-ı tənqid edərək : "Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır?" deyərək sual edib. Müstəqil araşdırmaçı jurnalist bu sualın cavabını araşdıraraq bu qənaətə gəlib ki, bütün o pullar, mənfəət, gəlir, ayrılan pullar AZAL şefi Cahangir Əskərovun sərvətinin artmasına gedib. Cavanşir Həsənli yazır:
Dövlət başçısı deyir ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb, bütün aeroportlar dövlət tərəfindən tikilib, bəs pullar hanı: "Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır?".

Biz çoxdan yazırıq hardadır. Hətta bir çoxlarının sənədlərini, fotolarını da yaymışıq.

✈ Batumidə 31 milyon dollar dəyərində "GRAND GLORIA" hoteli;
✈ Tiflisdə dəyəri milyonlarla dollar olan "TİFLİS PALACE" hoteli;
✈ Tiflisdə bahalı "Veranda" restoranı;
✈ Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino;
✈ Naftalanda "Garabag Resort and Spa" 5-ulduzlu otel və müalicə mərkəzi;
✈ İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə "Vəhsudan düşərgəsi";
✈ Nabranda 30 ha sahədə villa;
✈ Qala qəsəbəsində 265 ha badam bağı;
✈ “Premium Bank” ASC-də (keçmiş "Silkyway") səhmlərin 29,085 faizi;
✈ Sahəsi 12.500 kvadrat metrdən artıq Gazelli kosmetika fabriki;
✈ SOROKA LIMITED (Londonda);
✈ Londonda 18.4 milyon dollar aktivləri olan "GAZELLI INTERNATIONAL LIMITED" şirkəti;
✈ Londonda 41 milyon dollar aktivləti olan GAZELLI ART HOUSE LIMITED;
✈ Gürcüstan, Azərbaycan, Ukrayna və Türkiyədə "GAZELLİ" gözəllik və masaj salonları şəbəkəsi;
✈ Londonda "C3 – CIII LIMITED" şirkəti
✈ Türkiyədə “D.M.Z.D.TEKSTİL DIŞ TİCARET LİMİTED” şirkəti;
✈ Londonda "SET INTELLIGENCE LIMITED" şirkəti;
✈ Azərbaycanda "GAZELLİ GROUP"
✈ İtalyan kürəkəni Ignazio CORACI-nin direktoru olduğu AIRPORT SERVICING COMPANY LIMITED törəmə şirkəti (Londonda);
✈ İtalyan kürəkəninə aid ASC HANDLING ITALIA LIMITED (Londonda);
✈ Yenə Londonda italyan kürəkəninin direktoru olduğu CARGO INVEST LIMITED şirkəti;
✈ ASC HANDLING LIMITED (Londonda);
✈ AS582 LIMITED (Londonda);
✈ Londonda kürəkəninin direktoru olduğu AVIATION SERVICING COMPANY LIMITED" şirkəti (əvvəlki adı AZERBAIJAN AIRLINES UK LIMITED, aktivləri1 milyon dollardan artıq);
✈ ICLEVERWEB LTD (Londonda);
✈ SILKWAY (UK) LTD (keçmiş adı EURASIAN CARGO LIMITED);
✈ Almaniyada HAHN CARGO SERVICES GmbH törəmə şirkəti (illik dövriyyəsi 4.83 million dollar);
✈SW ITALIA SRL (illik dövriyyəsi 7 milyondollar);
✈ İngilis kürəkəni ROBERT NORTONUN direktoru olduğu VERISART LIMITED (London);
✈ SEDITION LIMITED (London).
P.S. Bu siyahıya Türkan qəsəbəsində 212 hektarlıq badam sahələrinidə əlaə etmək olar
Sahələrdə əkilən badam ağacları (4 sort) xüsusi olaraq İspaniyadan gətirilib.
Ağacların növləri Quarra, Avijor, Belona və Soleta.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.