“Dövlət niyə sığortanı öz üzərinə götürməlidir ki?” - deputat

26-04-2019, 16:15           
“Dövlət niyə sığortanı öz üzərinə götürməlidir ki?” - deputat
Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, qanun layihəsi ilə bağlı çıxış edən sözügedən komitənin sədri Ziyad Səmədzadə qeyd edib ki, Azərbaycanm sığorta bazarında dinamik iş gedir: “ Eyni zamanda, sığorta bazarında ciddi problem də var. Biz bu məsələ ilə bağlı problemin yanğın məsələsində də şahidi olduq. Bu sahənin ÜDM-də çəkisi azdır. Cənab prezident də dəfələrlə bunu qeyd edib və bu yaxınlarda sığorta bazarının təkmilləşməsi ilə bağlı göstərişlərini də verib. Bu yük daha çox özəl şirkətlərin üzərinə düşməlidir”.

Deputat Vahid Əhmədov isə bildirib ki, qanun layihəsində sığortanın icbari və ya könüllü olması əks olunmalıdır: “ Həmçinin qanunda göstərilir ki, ayrıca Aqrar Sığorta şirkəti yaradılır. Amma Azərbaycanda digər dövlət və qeyri-dövlət sığorta şirkətləri də var. Onların bu prosesdə iştirak edib etməməsi qanunda əks olunmalıdır. Bundan əlavə, qiymətqoyma məsələsi də sığorta hallarında problemdir. Burada qeyd olunur ki, yerli və xarici mütəxəssis iştirak edə bilər. Bizim öz mütəxəssislərimiz var. Xarici mütəxəssislərə məncə, ehtiyac yoxdur. Bundan əlavə, dövlət niyə sığortanı öz üzərinə götürməlidir ki? Dövlət büdcəsində aqrar sığorta məsələlərinə aydınlıq gətirilməsini istəyirik. Niyə dövlət Aqrar Sığorta Şirkətinə vəsait verməlidir?”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.