Matteo Salvini: “Vladimir Putin tarixdə iz qoyacaq”

5-07-2019, 07:46           
Matteo Salvini: “Vladimir Putin tarixdə iz qoyacaq”
İtaliya baş nazirin müavini və daxili işlər naziri Matteo Salvini bildirib ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin tarixdə iz qoyacaq.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, İtaliya rəsmisi bildirib ki, Rusiya lideri tarixdə iz qoyacaq şəxslərdəndir.

Vladimir Putinlə görüşü barədə danışan Matteo Salvini həmçinin qeyd edib ki, o, Rusiya prezidenti ilə Olimpiya oyunlarını, iqtisadiyyatı və "Avropanın Rusiyaya qarşı ağılsız sanksiyaları"nı müzakirə edib.

Qeyd edək ki, Vladimir Putin İtaliyaya səfər edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.