"Azərbaycan elə bilməsin ki, Njdenin heykəli ilə erməniləri Rusiyanın gözündən salacaqlar...”

6-12-2019, 00:00           
"Azərbaycan elə bilməsin ki, Njdenin heykəli ilə erməniləri Rusiyanın gözündən salacaqlar...”
Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin erməni sevgisi o qədər sərhədsizdir ki, Qaregin Njdenin müdafiəsinə qalxaraq onun haqqında Rusiyada səhv fikir formalaşması barədə böyük bir məqalə yazıb və onun bir qəhrəman olduğunu fəxrlə vurğulayıb. Njdenin Türkiyəyə qarşı olduğunu və guya faşist Almaniyasının Türkiyəyə hücum etməsini xahiş etmək məqsədilə onlarla münasibət qurduğunu əsaslandırmağa çalışıb. Rusiyanın Njdeyə münasibətini isə Böyük Vətən müharibəsinin onlar üçün həssas mövzu olduğunu və burda yanlışlığa yol verildiyini qeyd edən Rusiya rəsmisi Njde məsələsinin Azərbaycan rəhbərliyi tərəfindən qaldırıldığını və Rusiyanın bu işdə təşəbbüskar olmadığını yazıb. Və xüsusi vurğulayıb ki, azərbaycanlılar elə bilməsin ki, bu təbliğatla “ Qafqazda yeganə müttəfiqimizi itirəcəyik”.

Bütün sovet xalqları içərisində əhali faizi nisbəti ilə ən çox Sovet İttifaqı Qəhrəmanı adını ermənilər aldığını vurğulayan Rusiya deputatı İrəvanda Qriboyedovun heykəlinə rəng atan Arutynyanı da qınamadığını, onun Armavirdə Njdenin barelyefinin götürülməsinə cavab kimi dəyərləndirib.
Erməni tarixçilərinin Zatulinə ötürdükləri “Njdenin məktubları” sənədlərini nümayiş etdirən Zatulin Njdeyə haqq qazandırır ki, o erməni xalqını Türkiyədən qorumaq üçün bu addımı atıb. Və fikrini onunla əsaslandırıb ki, “bu gün müvəqqəti olaraq Rusiyanın maraqları Türkiyə ilə Suriyada üst-üstə düşür, amma görürük ki, Türkiyə o vaxt erməniləri qırdığı kimi, indi də kürdləri soyqırım edir”.

Zatulinin sərsəm fikirlərini əks etdirən məqaləsini tərcümə etmək fikrində deyilik.Maraqlananlar yazını bu linkdən oxuya bilərlər. (https://www.lragir.am/ru/2019/12/05/161974/)

Zatulinin məqaləsinin əsas detallarını qeyd etməklə nəzərinizə çatdırırıq ki, Rusiya Dövlət Dumasının deputatının artıq Azərbaycana qarşı düşmənçilik siyasəti o həddə çatıb ki, Rusiya maraqlarını belə arxa plana atır. Amma, Zatulin bir məsələdə həqiqəti deyib:

“Azərbaycan hakimiyyətinə elə gəlir ki, faşist tərəfdaşı kimi göstərmək istədikləri Qaregin Njdenin abidəsi kartı ilə oynasalar, Rusiyanın nəzərində erməniləri bizim gözüzümüzdən salacaqlar, xeyr, səhv edirlər”.

Bəli, biz hələ ki, səhv edirik...

İlham İsmayıl












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.