Minsk qrupu ölkələrinin nümayəndə heyətlərinin başçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıblar

6-12-2019, 08:22           
Minsk qrupu ölkələrinin nümayəndə heyətlərinin başçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıblar
ATƏT-in Minsk qrupu həmsədrləri ölkələrinin nümayəndə heyətlərinin başçıları Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanması ilə bağlı birgə bəyanat yayıblar.

Bu barədə "Report" ATƏT-ə istinadən xəbər verir.

ATƏT-in Nazirlər Şurasının 26-cı görüşü çərçivəsində Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətinin başçıları (Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov, Fransanın Avropa və xarici işlər üzrə naziri yanında dövlət katibi Jan-Batist Lemuan, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Fil Rike) birgə bəyanatda əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçilik missiyasına sadiq olduqlarını bildiriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.