Sabunçuda rəzalət - Kərə yağları küçəyə atıldı/Video

26-04-2019, 08:30           
Sabunçuda rəzalət - Kərə yağları küçəyə atıldı/Video
Bakının Sabunçu rayonu, 2 aprel küçəsi, 4-cü mədən ərazisində istifadə müddəti bitmiş kərə yağlarını yolun kənarına atıblar. Sakinlər deyir ki, bir neçə gün öncə yaranan eybəcər mənzərə onları narahat edir. Yağ əriyir, üfunət iyi ətrafa yayılır, zibilliyə küçə itləri yığışır.

Məsələylə bağlı qida təhlükəsizliyi agentiliyindən bildirdilər ki, istehlaka yararsız qida məhsullarının məhvetmə prosesi qaydalara uyğun, ətraf mühiti çirkləndirmədən vəsanitar-epidemioloji salamatlığa xələl gətirmədən həyata keçirilməlidir. Həmçinin sanitar-epimeoloji salamatlıq baxımından təhlükə törədən mallar məhv edilmədən əvvəl zərərsizləşdirilməlidir.

Yeyinti məhsulları yalnız qanunla müəyyən edilmiş yerlərdə və texniki-normativ sənədlərin tələblərinə uyğun qaydada məhv edilə bilər. İstehlaka yararsız yeyinti məhsullarının açıq şəkildə, yaşayış sahələrinə yaxın, qanunla müəyyən edilməmiş qaydada məhv edilməsiisə yolverilməzdir.Sahibkarların öhdəliyində istehlaka yararsız qida məhsulları olduqda onların məhvedilməsi ilə bağlı Agentliyə müraciət edə bilərlər. Agentlik məhvetmə prosesinin qaydalara uyğun aparılması üçün onlara hər cür metodiki köməklik göstərə bilər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.