Valideyn: Bizi niyə Namazovun kitablarını almağa məcbur edirlər?

21-09-2020, 12:02           
Valideyn:
“Təhsil alanlara nə lazımdır? Təbii ki, sürətli internet, planşetlər və ya komüterlər. Hər evdə internet varmı və sürəti hansı vəziyyətdədir? Cavab: internet hər evdə yoxdur, olduğu yerlərdə də sürət bərbad vəziyyətdədir. Hər kəsin evində planşet və ya kompüter varmı? Yenə də cavab "xeyr" olacaq. Çünki Gömrük Komitəsinin elektron mallara tətbiq etdiyi rusumlara görə planşet və kompüterlərin qiymətləri çox bahadır. Hazırda bəzi iş yerlərinin bağlandığını nəzərə alsaq, işləməyən və aşağı məbləğdə əməkhaqqı alan ailələrin bu məhsulları almağı qeyri-mümkün görünür. Dərd bununla bitmir - valideyinlərə demək olar ki, hər gün standart dərsliklərdən əlavə baha qiymətə olan M.B.Namazovun kitabları aldırılır”.

Bu fikirləri Bizimyol.info-ya göndərdiyi məktubda daimi izləyicimiz Tural Qoca səsləndirib. O bir valideyn olaraq bu gün təhsil sistemimizdə yaranmış vəziyyətdən və süni əngəllərdən narazılığını ifadə edib.

Gömrük Komitəsi təhsildə istifadə olunan bütün məhsullara tətbiq olunan rüsumları ləğv etməli, internetin sürəti artırılmalı və qiymətlər endirilməlidir”,- deyə oxucumuz bildirir.



Tural Qoca

Qlobal böhranla əlaqədar onlayn dərs sisteminə start verildi. Sivil dünyanın reallığı budur. İnternetlə daha sıx iş, onlayn dərs və çalışma saatları. Bunun üçün ən əsas nə lazımdır? Təbii ki, sürətli internet, planşetlər və ya komüterlər. Bu, hər ev üçün əlçatandırmı? Harda qaldı bizim "hər evə optik internet" layihəmiz? Azərbaycan yalnız Bakıdan ibarət deyil. Hətta Bakının özündə də internet bərbad vəziyətdədir.

“Dərd bununla bitmir valideyinlərə demək olar ki, hər gün standart dərsliklərdən əlavə baha qiymətə olan M.B.Namazovun kitabları aldırılır. Kimdir bu, niyə biz valideyinlər işmizi-gücümüzu bir kənara atib Namazovun kitablarını axtarmalıyıq? Namazovun kitablarından dərs keçirlirsə, məktəblərdə verilən dərsliklər nəyə lazımdır? 2019-cu ildə aldığımiz kitablar 2020-ci ildə işlənmir. Deyirlər ki, hökmən 2020-ci ilin nəşri olmalıdır. Məsələn, bir evdən iki uşaq təhsil alır - biri 4-cü sinifdə, digəri isə 5-ci sinifdə oxuyur. Bu il aldığımız Namazovun kitabı gələn il 4- cü sinifdən 5-ci sinfə keçən uşağın işinə yaramır. Deyirlər, mütləq bu ilin nəşri olmalıdır.

Bu nə biabırçılıqdır? Belə təhsil olar? Bir qrup şəxsin qurduğu biznesə görə biz valideyinlər niyə əlavə xərcə düşməliyik? İndi kasıb ailələrin uşaqları nə etsin, təhsil almasın? Cəmiyyət üçün savadsız kütlə yetişdirmək kimlərin maraqlarına xidmət edir? Çox suallar var, çox problemlər var, amma nə suallara cavab verənlər var, nə də problemləri həll edənlər.

Cənab prezident hər il təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün kifayət qədər vəsait ayırır. Dövlət başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, təhsil dövlət siyasətinin vacib, strateji istiqamətlərindən biridir. Əfsuslar olsun ki, cənab prezidentdən başqa təhsil haqqında heç kim iş görmək istəmir. İndi bu sahələrdə vətəndaşların xeyrinə işlər görmək aidiyyatı qurumların öhdəsinə duşur. Gömrük Komitəsi, Rabitə Naziiyi və Təhsil Nazirliyi birgə bu məsələlərin həlli üçün işlər görməli, qisa zamanda mövcud problemləri aradan qaldırmalıdırlar. Əks halda cəmiyyət savadsızlıq və cəhalət içərisində məhv olacaq”,- deyə Tural Qoca bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.